Ana Sayfa > Karusel / Sosial > Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb -FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb -FAKTİKİ HAVA3-09-2021, 10:46. Yazar: Admin |
Faktiki hava açıqlanıb. ETSN-dən Qarabaginfo.az-a bildirilib ki, sentyabrın 03-ü saat 09:00 -a olan məlumata əsasən ölkə ərazisındə hava şəraiti əsasən yağmursuz keçmiş, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s Bakida və Abşeron yarımadasında : Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb. Geri dön |