Ana Sayfa > Karusel / Region > Ağ Ev "Taliban"a qarşı sanksiyaları yumşaltmağı düşünmür
Ağ Ev "Taliban"a qarşı sanksiyaları yumşaltmağı düşünmür3-09-2021, 09:02. Yazar: Admin |
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib. “Heç kim güman etməməlidir ki, hazırda “Taliban” əleyhinə sanksiyaların yumşaldılması imkanını nəzərdən keçiririk... Biz “Taliban” liderlərinə qarşı sanksiya təzyiqini və ya onların qlobal maliyyə sisteminə çıxışına ciddi məhdudiyyətləri azaltmamışıq”, - deyə Psaki jurnalistlərə verdiyi açıqlamada qeyd edib. O əlavə edib ki, ABŞ-ın bu sahədə gələcəkdə atacağı addımlar “Taliban”ın davranışlarına əsaslanacaq. Geri dön |