Ana Sayfa > Karusel / İdman > UEFA-dan “Qarabağ“a mənfi cavab

UEFA-dan “Qarabağ“a mənfi cavab


2-09-2021, 17:34. Yazar: Admin
UEFA-dan “Qarabağ“a mənfi cavab

 

"Qarabağ"ın Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı sentyabrın 16-ı keçiriləcək ilk ev oyunu "Azərsun Arena"da da olmayacaq. 

Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, UEFA-dan görüşün "Azərsun Arena"da keçirilməsi ilə bağlı mənfi cavab alıblar. G.Abbaszadə senyabrın 6-ı UEFA-nın ölkəmizə nümayəndə göndərəcəyini vurğulayıb.

Klub rəsmisinin sözlərinə görə, UEFA nümayəndəsi Tofiq Bəhramov Adına Respublika stadionu və Bakı Olimpiya Stadionundakı ot örtüyünə baxacaq. Bundan sonra görüşün stadionu ilə bağlı yekun qərar veriləcək.

"Yenisabah"

 


Geri dön