Ana Sayfa > Karusel / Gündəm > Paşinyandan absurd Xankəndi açıqlaması: “Sülh yalnız bu halda mümkündür”
Paşinyandan absurd Xankəndi açıqlaması: “Sülh yalnız bu halda mümkündür”2-09-2021, 16:33. Yazar: Admin |
Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndindəki separatçıları “müstəqillik günü” münasibətilə təbrik edib. Qarabaginfo.az xəbər verir ki, 44 günlük müharibədən sonra Azərbaycan qarşısında kapitulyasiya aktına imza atan Paşinyan yenə separatçı ənənəsinə sadiq qalıb. Müharibənin ağır nəticələrini unutmağa və öz xalqına unutdurmağa çalışan Paşinyan növbəti dəfə separatçılara “gələcək müqəddərat” vədini verib. O, “Dağlıq Qarabağ münaqişəsi”nin həll edilmədiyini, bölgədəki ermənilərin “gələcək müqəddərat”ının müəyyən edilməsinin vacib olduğunu bildirib. “Bu gün bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini təsdiqləyirik. Bunu da həmsədr ölkələrin bəyanatları sübut edir. Münaqişə ATƏT-in Minsk qrupunun həmsədrliyi tərəfindən irəli sürülən və müdafiə olunan tanınmış prinsiplərə əsaslanaraq sülh prosesi ilə hərtərəfli həllini gözləyir”, - Paşinyan qeyd edib. Baş nazir vurğulayıb ki, sülh prosesi xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq “Qarabağın statusu”nu konkretləşdirməlidir. Onun fikrincə, sülh prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində tənzimlənməlidir.
Geri dön |