Ana Sayfa > Karusel / Siyasət > Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək


2-09-2021, 10:19. Yazar: Admin

 

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 15-də Azərbaycana işgüzar səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, o, Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında iştirak edəcək.

Səkkizinci toplantı çərçivəsində sentyabrın 16-da iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi məqsədilə Azərbaycan-Gürcüstan biznes forumu da təşkil olunacaq.

Qeyd edək ki, hər iki ölkənin baş nazirlərinin həmsədri olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci ilin dekabrın 20-də Tbilisidə baş tutub.


Geri dön