Ana Sayfa > Karusel / İdman > MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq

MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq


2-09-2021, 09:56. Yazar: Admin

 

MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək.

Qarabaginfo.az-ın məlumatına görə, ilk olaraq kişi boksçular qüvvəsini sınayacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 46 kq çəki dərəcəsində yarışan Ramal Yolçuyev Temirxan Daniarovla (Qırğızıstan) üz-üzə gələcək.

Tağı Nəsibov (48 kq) Vadzim Viaçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinkhon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrukh Tulaganovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Uladzislau Kuzniatsou ilə döyüşəcək.

Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.


Geri dön