Ana Sayfa > Karusel / Siyasət > BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”
BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”1-09-2021, 23:29. Yazar: Admin |
“Taliban”ın nəzarətinə keçən Əfqanıstanda ərzaq ehtiyatları sentyabr ayında tükənəcək”.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov qatıldığı mətbuat konfransında bildirib.
R.Ələkbərov uzun illərdir davam edən müharibədən sonra ölkənin “Taliban”ın rəhbərliyi altında üzləşdiyi çətinliklərə aclıq böhranının da əlavə olunduğunu, 38 milyonluq ölkə əhalisinin təxminən üçdə birinin böhran səviyyəsində ərzaq qıtlığı ilə üzləşdiyini deyib: “Qışın yaxınlaşması və şiddətli quraqlığın davam etməsi şəraitində əhalini qidalandırmaq üçün daha çox vəsaitə ehtiyac var. “Taliban” bu həftə Amerika qüvvələrinin çıxarılması ərəfəsində ölkəyə nəzarəti ələ keçirdi. İndi onlar beynəlxalq yardımlara çox güvənən və hər gün pisləşən iqtisadi böhran şəraitində olan xalqı idarə etməlidirlər”.
BMT-nin bölgədə humanitar yardım missiyasını davam etdirdiyini deyən R.Ələkbərov ən böyük humanitar dəstəyi Əfqanıstanla sərhəd Pakistandan aldıqlarını deyib.(Report)
Geri dön |