Ana Sayfa > Karusel / Dünya > “Əfqan xalqı Türkiyənin dəstəyini gözləyir" - Şok açıqlama
“Əfqan xalqı Türkiyənin dəstəyini gözləyir" - Şok açıqlama1-09-2021, 15:24. Yazar: Admin |
“Qadın, kişi Əfqanıstanda hər kəs yeni hakimiyyətdən razı olacaq. Qeyd edim ki, yeni hökumət keçmiş SSRİ və NATO kuklası olaraq gətirilən hökumətlərdən daha etibarlı olacaq”. Qarabaginfoaz xəbər verir ki, bunu Əfqanıstanın sabiq baş naziri, Hizb-i İslam Partiyasının sədri və hazırda ölkə idarəçiliyində müəyyən qədər təsiri olan Gülbəddin Hikmətyar deyib. Sabiq baş nazir bildirib ki, həm liderlik vitrini, həm də alt məmur strukturları görüş və müzakirələrlə həyata keçirilir: “Biz xarici qüvvələrin tamamilə ölkədən çıxmasını gözləyirdik. Talibanın idarəçiləri və Əfqanıstandakı siyasi partiyalar birlikdə müzakirələrə rəsmən başlayacaq. Bundan sonra nə olacağını görəcəyik”. Hikmətyar bəyan edib ki, Türkiyə ilə Əfqanıstan arasında münasibətlərin ən yüksək səviyyədə davam etdirilməsini arzu edirlər: “Türkiyə qarşımızdakı mərhələdə Əfqanıstanda ən müsbət rolu oynaya bilər və oynamalıdır. Əfqanıstan xalqı da hər zaman ölkəmizin inkişafı, müstəqil şəkildə ayaqda durması üçün Türkiyənin dəstəyini istəyir. Keçmişdə olduğu kimi belə həssas bir dönəmdə bizim yanımızda, əfqan xalqının yanında Türkiyənin olmasını istəyirik. İnşallah əfqan xalqı bu günləri geridə qoyaraq ayaqları üzərində dayanacaq”. Hikmətyar əlavə edib ki, Fransa Əfqanıstanın sakit və sabit olmasını istəmir: “Daima müharibənin olmasını istəyirlər. Türkiyədə PKK-ya dəstək və təlim verən Fransa agenti hazırda Penşir əyalətindədir. Keçmiş tarixdə işğalları ilə gündəmə gələn Fransa Türkiyənin də, Əfqanıstanın da, İslam dünyasının da düşmənidir”. Hikmətyar bildirib ki, Əfqanıstanda qadınlar narahat olmasın, hüquqları təhlükəsizlik altındadır: “Bu hakimiyyətə qadınlar da təmsil olunacaq. İslam sistemi qadınlara dəyər verib və onların yerini qoruyub. Dünyada heç bir sistemdə qadınlar belə qorunmayıb. Biz də bu çərçivədə onların haqlarını və yeni hakimiyyətdə qadınların yrlərinin olması üçün əlimizdən gələni edirik”.(Teleqraf.com) Geri dön |