Ana Sayfa > Karusel / Gündəm > General Rövşən Əkbərovun oğlu vəkilə hücum edib
General Rövşən Əkbərovun oğlu vəkilə hücum edib1-09-2021, 15:03. Yazar: Admin |
Tanınmış vəkil Elçin Sadıqov hücuma məruz qalıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə faktı vəkilin özü ictimailəşdirib. Elçin Sadıqov bildirib ki, ona hücum edən şəxs hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan keçmiş korpus komandiri Rövşən Əkbərovun oğludur. Müraciətdə deyilir: Açıq müraciət Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır. Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər. Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş iş adamı Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm. Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır. Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, onun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz". Geri dön |