Ana Sayfa > Karusel / Region > Lavrov: “Qarabağ məsələsinin həlli ilə Rusiya, Azərbaycan və Ermənistan liderləri məşğul olurlar”
Lavrov: “Qarabağ məsələsinin həlli ilə Rusiya, Azərbaycan və Ermənistan liderləri məşğul olurlar”1-09-2021, 14:30. Yazar: Admin |
“Qarabağ məsələsinin həlli ilə şəxsən Rusiya, Azərbaycan və Ermənistan liderləri məşğul lurlar”. Qarabaginfo.az xəbər verir ki, bunu MQİMO-da tələbələrin suallaırını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, Moskvanın ötən ilin noyabrında atəşin dayandırılmasında həlledici rol oynadığını söyləyib. S. Lavrovun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə olunan atəşin dayandırılması və əməkdaşlığın inkişafı haqqında 9 noyabr və liderlərin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması təkliflərini konkretləşdirən 11 yanvar razılaşmaları var: “Bu, bir günün işi deyil, bununla şəxsən üç ölkənin liderləri məşğul olurlar. Eləcə də Qarabağdakı sülhməramlı kontingenti təşkil edən hərbçilərimiz məşğul olurlar. Onlar gərginliyin azalması və inamın yaradılması üçün çalışırlar”. Lavrov rusiyalı sərhədçilərin də Ermənistana azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə kömək etdiklərini qeyd edib. (Apa) Geri dön |