Ana Sayfa > Karusel / Cəmiyyət > Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

Daha 4 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı


1-09-2021, 11:52. Yazar: Admin

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.


Geri dön