Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xəzərin sahilində qadın meyiti tapıldı - FOTO
Ana Sayfa > Karusel / Kriminal > Xəzərin sahilində qadın meyiti tapıldı - FOTO

Xəzərin sahilində qadın meyiti tapıldı - FOTO


1-09-2021, 10:07. Yazar: Admin

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir.Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və

070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.


Geri dön