Ana Sayfa > Karusel / Qarabağ > SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu


31-08-2021, 20:14. Yazar: Admin
SON DƏQİQƏ: Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyulub.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Xankəndidə separatçıların keçirəcəyi qeyri-qanuni tədbirlə bağlıdır.

Erməni portalları yazır ki, “Tarixdə ilk dəfə olaraq Qarabağın Müstəqillik Günü tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. Xüsusilə, sentyabrın 1-də parlamentin növbədənkənar iclası, ertəsi gün isə Qarabağ Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə Ermənistan Prezidenti Armen Sarkisyan, Nikol Paşinyan və Alen Simonyan olmayacaq”.

Qeyd edək ki, digər mənbələrə görə separatçı tədbirlərdə Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək.(Konkret.az)


Geri dön