Ana Sayfa > Karusel / Kriminal > Rəşad Böyükkişiyev öldürüldü

Rəşad Böyükkişiyev öldürüldü


13-07-2018, 10:32. Yazar: Admin

 

Rəşad Böyükkişiyev öldürüldü

 

Gəncə hadisələri ilə bağlı axtarışa verilən Rəşad Böyükkişiyev haqda məlumat var.

“Qarabaginfo” xəbər verir ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.


Geri dön