Ana Sayfa > Karusel / İdman > Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirdi

Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirdi


31-08-2021, 13:30. Yazar: Admin

 

Ronaldo “Mançester Yunayted”lə müqaviləni rəsmiləşdirdi

 

İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə müqaviləni rəsmiləşdirib.

Qarabaginfo.az “Sport 24”ə istinadən xəbər verir ki, tərəflər arasında 2+1 il müddətinə müqavilə imzalanıb.

“Yuventus” klubunun məlumatına görə, “Mançester Yunayted” Ronaldonun transferi üçün 5 il ərzində 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, İtaliyanın “Yuventus” klubundan ayrılan Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted” klubunda oynayıb. Ulduz futbolçu bu müddət ərzində 292 oyunda klubun xeyrinə 118 qol vurub.


Geri dön