Ana Sayfa > Karusel / Gündəm > “YAŞAT”a toplanan vəsait 62 milyon manatı ötdü
“YAŞAT”a toplanan vəsait 62 milyon manatı ötdü31-08-2021, 11:54. Yazar: Admin |
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 62 milyon manatı ötüb.
Qarabaginfo.az xəbər verir ki, Fonda toplanan vəsait 62 018 869.82 manatdır. Həmin vəsaitdən 17 279 711.32 manatı fiziki şəxslər, 44 739 158.5 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 35 567 744.01 manatı xərclənib. Vəsaitin qalığı isə 26 451 125.81 manatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Geri dön |