Ana Sayfa > Karusel / Siyasət > Lavrov Stalinə “hücumlar”ı pislədi

Lavrov Stalinə “hücumlar”ı pislədi


30-08-2021, 21:00. Yazar: Admin

İosif Stalini pisləmək cəhdləri Rusiyanın keçmişinə, İkinci Dünya Müharibəsinin nəticələrinə edilən hücumdur.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Volqoqradda Böyük Vətən Müharibəsi veteranları ilə görüşdə deyib.

 

Onun sözlərinə görə, belə “hücumlar” təkcə tarixi təhrif etmək deyil, həm də Rusiyanı siyasi cəhətdən zəiflətmək məqsədi daşıyır.

 

"O vaxtlar bütün prosesləri idarə etməli olan İosif Stalindən danışırdınız. Qətiyyən razıyam ki, tarixə toxunmaq olmaz. Yeri gəlmişkən, Stalini pisləmək cəhdləri keçmişimizə, İkinci Dünya Müharibəsinin nəticələrinə edilən hücumun bir hissəsidir", - Lavrov çıxışında vurğulayıb.


Geri dön