Ana Sayfa > Karusel / Gündəm > İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb

İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb


30-08-2021, 15:50. Yazar: Admin

 

İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - <span class="red_color">VİDEO

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.


Geri dön