Ana Sayfa > Karusel / Gündəm > İstirahət günləri yollarda 6 nəfər ölüb

İstirahət günləri yollarda 6 nəfər ölüb


30-08-2021, 14:43. Yazar: Admin
İstirahət günləri yollarda 6 nəfər ölüb

 

Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 78 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər, həmçinin mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında  6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 55 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb


Geri dön