Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda son gün 41 nəfər koronavirusdan öldü, yoluxanların sayı yenə 4 mini keçdi - Foto
Azərbaycanda son gün 41 nəfər koronavirusdan öldü, yoluxanların sayı yenə 4 mini keçdi - Foto29-08-2021, 19:09. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir. Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb. Geri dön |