Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın dövlət katibi və Türkiyənin XİN başçısı Əfqanıstanı müzakirə ediblər

ABŞ-ın dövlət katibi və Türkiyənin XİN başçısı Əfqanıstanı müzakirə ediblər


29-08-2021, 07:11. Yazar: Admin

 

ABŞ-ın dövlət katibi və Türkiyənin XİN başçısı Əfqanıstanı müzakirə ediblər
Entoni Blinken və Mövlud Çavuşoğlu

ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri Əfqanıstanda yaranmış vəziyyəti müzakirə ediblər. Dövlət rəsmiləri həmçinin əcnəbilərin və Əfqanıstan qaçqınlarının ölkədən təxliyəsi ətrafında müzakirə aparıblar.

"Dövlət katibi Əfqanıstanda əməkdaşlığımızı və vətəndaşlarımızın, müttəfiqlərin və partnyorların təhlükəsiz və qaydaya salınmış təxliyəsinin təminatı üzrə davam edən səylərimizi müzakirə etmək üçün Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı ilə danışıb", - Dövlət Departamentinin mətbuat xidməti söhbətin nəticəsinə əsasən bildirib.

Qeyd edək ki, bu, Türkiyə və ABŞ rəsmiləri arasında son günlər baş tutan növbəti müzakirədir. Avqustun 24-də də Türkiyənin xarici işlər naziri ABŞ dövlət katibi ilə telefonla danışıb. Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıqlarda Əfqanıstandakı son hadisələr müzakirə olunub.(Report)


Geri dön