Ana Sayfa > Karusel / Dünya > Türkiyə hərbçiləri İraqda terrorçuları məhv edib

Türkiyə hərbçiləri İraqda terrorçuları məhv edib


28-08-2021, 20:47. Yazar: Admin

 

Türkiyə hərbçiləri İraqda terrorçuları məhv edib

Türkiyənin silahlı qüvvələrinin xüsusi xidmət orqanları ilə birgə İraqın şimalında keçirdiyi antiterror əməliyyat zamanı PKK-nın 3 silahlısı zərərsizləşdirilib.

Bu barədə Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular “Pençe-Şimşek” əməliyyat zonasında məhv edilib. Onlar terror təşkilatı üçün məlumat toplayırmış.

Xatırladaq ki, Türkiyə hərbçiləri dünən daha 7 terrorçunu məhv edib.

PKK terror təşkilatı 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatı siyahısına daxil edib. (Report)


Geri dön