Ana Sayfa > Karusel / Təhsil > Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı 52 mini keçib

Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı 52 mini keçib


28-08-2021, 14:47. Yazar: Admin

 

Ali təhsil müəssisələrinə ixtisas seçimi edənlərin sayı 52 mini keçib

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 52349-a çatıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan bölməsi I qrup üzrə ərizələrin sayı 14 841, II qrup üzrə 10 538, III qrup üzrə 13 791, IV qrup üzrə isə 3845-dir. Rus bölməsində I qrup üzrə ərizələrin sayı 1 186, II qrup üzrə 1 186, III qrup üzrə 1 085, IV qrup üzrə isə 287-dir.

11 illik təhsil bazasından V qrup üzrə ixtisas seçimi ərizələrinin sayı isə ümumilikdə 8016-dır.

Qeyd edək ki, ixtisas seçimi avqustun 30-u saat 23-59-da başa çatacaq.(Apa)


Geri dön