Ana Sayfa > Karusel / Region > “Təslim olan ölkənin rəhbəri “sülh” qışqıraraq Ermənistanı məhvə sürükləyir” - Şarmazanov

“Təslim olan ölkənin rəhbəri “sülh” qışqıraraq Ermənistanı məhvə sürükləyir” - Şarmazanov


27-08-2021, 19:58. Yazar: Admin
“Təslim olan ölkənin rəhbəri “sülh” qışqıraraq Ermənistanı məhvə sürükləyir” – Şarmazanov

“Türklər Ermənistan ərazisindən keçən Gorus-Qafan yolunu bağlayıblar, təslim olan dövlətin lideri isə “sülh” haqqında qışqırmağa davam edir”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib.

“Düşünürəm ki, tezliklə kapitulyant və onun komandası Zəngəzurdakı biyabırçı vəziyyətdə və Gorus-Qafan yolunun bağlanmasında günahkar olmadıqlarını deyəcəklər. Axı bu insanlar torpaqları təslim etmək üçün addım atarkən başqalarını günahlandırmağa vərdiş ediblər” – Şarmazanov vurğulayıb.

O bildirib ki, əslində Ermənistanda vəziyyət faciəlidir: “2018-ci ildəki inqilaba qədər hətta ən qorxulu yuxuda belə Ermənistan ərazisindəki yolun bağlana biləcəyini təsəvvürümə gətirməzdim. Təslim olan ölkənin (red. Ermənistan) rəhbəri isə “sülh” qışqıraraq Ermənistanı məhvə sürükləyir. Dövlətlərarası Gorus-Qafan yolunu açmaq üçün parlamenti “işğal edən” silahlı qrupu (red. mühafizəçilər)  niyə göndərmirsiniz?  Onlar müxalifətlə müharibə aparır, amma azərbaycanlılardan barış diləyirlər” – deyə Şarmazanov fikirlərini tamamlayıb”. 

Konkret.az


Geri dön