Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 4203 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb
Azərbaycanda son sutkada 4203 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb27-08-2021, 17:30. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib. 49 412 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, bu günə qədər isə ümumilikdə 4 395 646 test icra olunub. Geri dön |