Ana Sayfa > Karusel / Siyasət > XİN Qazaxıstanda baş vermiş partlayışla bağlı başsağlığı verib

XİN Qazaxıstanda baş vermiş partlayışla bağlı başsağlığı verib


27-08-2021, 16:09. Yazar: Admin

Azərbaycan XİN-dən erməni terrorçunun azad olunmasına REAKSİYA - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.

Qeyd edək ki, Qazaxıstanın Cambul vilayətində hərbi hissənin silah-sursat anbarında baş vermiş parlayışda 9 nəfər ölüb, 90 nəfər xəsarət alıb.


Geri dön