Ana Sayfa > Karusel / Gündəm > Sabunçuda yolların təmirinə 7,4 milyon manat ayrıldı

Sabunçuda yolların təmirinə 7,4 milyon manat ayrıldı


27-08-2021, 15:06. Yazar: Admin

Sabunçuda yolların təmirinə 7,4 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 7,4 milyon (yeddi milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Geri dön