Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın Balkan regionuna səfəri başlayıb

Ərdoğanın Balkan regionuna səfəri başlayıb


27-08-2021, 14:49. Yazar: Admin

 

Ərdoğanın Balkan regionuna səfəri başlayıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri başlayıb.

Qarabaginfo.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan ilk olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə gəlib.

Bildirilib ki, Türkiyə Prezidenti burada naməlum əsgərin abidəsini ziyarət edib, əklil qoyub.

Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezidiumunda təmsil olunan boşnak, xorvat və serb nümayəndələrlə görüş keçirəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinaya rəsmi səfərini tamamladıqdan sonra Monteneqroya gedəcək.(Report)


Geri dön