Ana Sayfa > Karusel / İdman > Tokio-2020: Azərbaycan paracüdoçuları 2 qızıl, 1 bürünc medal qazanıb
Tokio-2020: Azərbaycan paracüdoçuları 2 qızıl, 1 bürünc medal qazanıb27-08-2021, 13:41. Yazar: Admin |
Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarına start verilib. Qarabaginfo.az-ın məlumatına görə, ilk gündə Azərbaycan millisinin 4 paralimpiyaçısı mübarizəyə qoşulub. “Neftçi İdman Klubu”nun yetirmələri olan təmsilçilərimiz günü 3 medalla başa vurub. Şəhanə Hacıyeva Paralimpiya yığmamıza ilk qızıl medalı qazandırıb. Ardınca Vüqar Şirinli də finaldakı qələbə ilə çempionluq sevinci yaşayıb. Namiq Abaslı isə bürünclə kifayətlənib. Bununla da Tokio-2020-də Paralimpiya Oyunlarında Azərbaycanın qazandığı medal sayı 5-ə çatıb. Paracüdoçulardan öncə üzgüçü Roman Saleh (100 m, arxası üstə üzmə) 1-ci, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 3-cü yeri tutub. Kişilər Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində çempion tituluna yiyələnib. 66 kq Abaslı bürünc medal uğrunda ukraynalı David Xorovanı sınağa çəkib və tatamidən qalib ayrılıb. Qadınlar 52 kq Geri dön |