Ana Sayfa > Karusel / Sosial > DİN: Ötən gün 11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanılıb, 4 nəfərə cinayət işi açılıb

DİN: Ötən gün 11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanılıb, 4 nəfərə cinayət işi açılıb


27-08-2021, 11:25. Yazar: Admin

 

DİN: Ötən gün 11 nəfər aktiv COVID xəstəsi ictimai yerlərdə saxlanılıb, 4 nəfərə cinayət işi açılıb

 

Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Geri dön