Ana Sayfa > Karusel / Gündəm > “Gorus-Qafan yolu ilə bağlı üçtərəfli danışıqlar gedir” - Erməni rəsmisi

“Gorus-Qafan yolu ilə bağlı üçtərəfli danışıqlar gedir” - Erməni rəsmisi


26-08-2021, 17:38. Yazar: Admin
“Gorus-Qafan yolu ilə bağlı üçtərəfli danışıqlar gedir” - Erməni rəsmisi

 

Gorus-Qafan yolu ilə bağlı danışıqlar avqustun 26-da saat 15:00 radələrində yenidən başlayıb.

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Sünik bölgəsi qubernatorunun müavini Kamo Avanesyan bildirib.

"Səhər danışıqlar oldu, sonra danışıqlar dayandırıldı, günorta hər şey yenidən başladı. Bunlar üçtərəfli danışıqlardır. Müsbət nəticə gözləyirik, məsələnin bu gün həll olunmasını və yolun açıq olmasını istəyirik. Saat 18:00 -a qədər hər şey aydın olacaq".

Xatırladaq ki, Azərbaycan əsgərləri 25 avqust gecə 23:00 -dan etibarən yolu nəzarətə alıblar. Buna səbəb erməni əsgərlərinin hücumu olub.


Geri dön