Ana Sayfa > Karusel / Gündəm > İrşad Telekom” sağlamlığını itirmiş qazini məhkəməyə verdi
İrşad Telekom” sağlamlığını itirmiş qazini məhkəməyə verdi26-08-2021, 17:08. Yazar: Admin |
Füzuli rayonu istiqamətində gedən döyüşlərdə, tankda yanaraq ağır yaralanan qazi İsgəndərov Kənan Rövşən oğlu "İrşad Telecom" tərəfindən məhkəməyə verilib. Qarabaginfo.az-a daxil olan məlumatda bildirilir ki, hal-hazirda əmək fəaliyyətini itirən qazinin pensiya sənədləri təsdiqlənmədiyi üçün “İrşad Telecoma” olan kredit borcunu ödəyə bilmir və bununla bağlı adıçəkilən MMC-yə problemin nədən yarandığı haqqında məlumat verilib. Qeyd edək ki, Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə preziden İlham Əliyev tərəfindən Kənan İsgəndərov “Cəsur döyüşçü”, “Qubadlını azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Geri dön |