Ana Sayfa > Karusel / Region > Ermənilər sərhəddə alternativ yol çəkməyə başladı

Ermənilər sərhəddə alternativ yol çəkməyə başladı


26-08-2021, 16:11. Yazar: Admin
Ermənilər sərhəddə alternativ yol çəkməyə başladı

"Sərhədin delimitasiyası və demarkasiyasının başlanması bir çox problemləri həll edəcək, Ermənistanla Azərbaycan arasındakı sərhədlərə aydınlıq gətirəcək".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Narek Kaqramanyan avqustun 26-da jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər bu sərhədlər sovet xəritələrinə əsasən keçərsə, onda Gorus-Qafan yolunun bəzi hissələri Azərbaycana keçəcək.

O qeyd edib ki, Ermənistan üçün problemin son həlli alternativ yolun çəkilməsidir. "Mübahisəli olan yerlərdə dolama yollar çəkmək lazımdır. Bu istiqamətdə işlər artıq başlayıb, tikinti gedir. Eyni zamanda, heç bir halda bu yoldan əl çəkmək olmaz. Sovet xəritələrinə görə, Gorus-Qafan yol hissəsindəki üç nöqtənin mübahisəli olduğu anlaşılır. Hələ də bəzi mübahisəli ərazilər olması mümkün deyil", - deyə millət vəkili əlavə edib.

Kaqramanyanın izahına görə, danışıqlar Qara göl yaxınlığında və digər yerlərdə vəziyyətlə əlaqədar aparılır, lakin problem danışıqların hansı istiqamətə gedəcəyində deyil, alternativ yolun tikintisində və Azərbaycana onu bağlamaq imkanı verməməkdədir.


Geri dön