Ana Sayfa > Karusel / Dünya > “Taliban” Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib

“Taliban” Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib


26-08-2021, 16:02. Yazar: Admin

“Taliban” Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib

“Taliban” hərəkatı xarici ölkələrin hərbi qulluqçularının Əfqanıstandan tam təxliyəsindən sonra Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters”ə anonim Türkiyə rəsmisi məlumat verib.

Mənbə qeyd edib ki, bununla belə hərəkat Ankaradan avqustun 31-dək hərbçilərini Əfqanıstandan tam çıxarmasını istəyib.

"Reuters"ə məlumat verən digər Türkiyə rəsmisi isə müraciətlə bağlı yekun qərarın avqustun 31-dək qəbul ediləcəyini qeyd edib.


Geri dön