Ana Sayfa > Karusel / Gündəm > Qəbələdəki yanğına helikopterlər cəlb olundu

Qəbələdəki yanğına helikopterlər cəlb olundu


26-08-2021, 13:54. Yazar: Admin

Qəbələdəki yanğına helikopterlər cəlb olundu

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, yanğının söndürülməsi məqsədilə əlavə olaraq nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.


Geri dön