Ana Sayfa > Karusel / İqtisadiyyat > Vergilər Nazirliyindən 14 nəfər qovuldu - Sahibkarlara divan tutan vergi məmuru da...

Vergilər Nazirliyindən 14 nəfər qovuldu - Sahibkarlara divan tutan vergi məmuru da...


4-07-2018, 11:05. Yazar: Admin

İyulun 1-dən Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə qurumda kadr dəyişikliyi edilib.

 

"Qarabaginfo"nun "Modern.az"a istinadən məlumatına görə, kadr dəyişikliyilə 14 nəfər Vergilər Nazirliyindəki mühüm vəzifələrdən azad edilib.  

İşdən çıxarılanların başında vergilər nazirinin müşaviri Habil Məmmədov gəlir. 
Əksəriyyət onu sahibkarlara divan tutan vergi məmuru kimi tanıyırdı. 

Kadr dəyişikliyilə Rəqəmsal texnologiyalar departamentinə Ülvi Mansurov, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov təyin edilib.


Geri dön