Ana Sayfa > Karusel / İdman > I MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı bəlli olub

I MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı bəlli olub


26-08-2021, 11:32. Yazar: Admin

 

 I MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı bəlli olub

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.

Qarabaginfo.az-ın məlumatına görə, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ötən həftə Rusiyanın digər şəhəri - Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur. Yarış 4 - 11 sentyabrda təşkil olunacaq.


Geri dön