Ana Sayfa > Karusel / İdman > Konfrans Liqası: "Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək
Konfrans Liqası: "Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək26-08-2021, 10:01. Yazar: Admin |
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər. Qarabaginfo.az-ın məlumatına görə, "ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin, "köhlən atlar" isə Şotlandiyada "Aberdin"in qonağı olacaq. Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışacaq. "Sammi Ofer" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. "Neftçi"nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaq. "Qarabağ" isə Bakıda 1:0 hesabı ilə qalib gəldiyi "Aberdin"ə səfərdə ən azı uduzmamaq niyyətindədir. "Pittodri" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək oyunun baş hakimi avstriyalı Harald Lexner olacaq. Ağdam klubunda müdafiəçilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaqlar. UEFA Konfrans Liqası Pley-off mərhələsi, cavab oyunları 21:00. "Makkabi" (Hayfa, İsrail) - "Neftçi" Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya) Hayfa, "Sammi Ofer" stadionu İlk oyun - 3:3. 22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ" Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya) Aberdin, "Pittodri" stadionu İlk oyun - 0:1 Geri dön |