Ana Sayfa > Karusel / Dünya > ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib, 10 min insan Kabil aeroportunda gözləyir

ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib, 10 min insan Kabil aeroportunda gözləyir


25-08-2021, 19:52. Yazar: Admin

ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib, 10 min insan Kabil aeroportunda gözləyir

ABŞ avqustun 14-dən etibarən Əfqanıstandan 88 min nəfəri təxliyə edib.

Qarabaginfo.az RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Pentaqonun nümayəndəsi general Henk Teylor bildirib.

O qeyd edib ki, 88 min nəfər təhlükəsiz şəkildə Əfqanıstanı tərk edib.

General Teylor əlavə edib hazırda Kabil aeroportunda 10 mindən çox insan təxliyə gözləyir.

Qeyd edək ki, H. Teylor Kabildən təxliyə əməliyyatları ilə bağlı logistika məsələlərinə cavabdehlik daşıyır.(Apa)


Geri dön