Ana Sayfa > Karusel / Gündəm > Satanovski Türkiyəni müharibə ilə hədələdi
Satanovski Türkiyəni müharibə ilə hədələdi25-08-2021, 16:33. Yazar: Admin |
“Türkiyə Rusiyadan tarixi qisas almağa çalışır”
Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri, politoloq Yevgeni Satanovski "Armenian News"a müsahibəsində Türkiyə haqqında sərt fikirlər səsləndirib.
Qarabaginfo.az xəbər verir ki, o, Türkiyənin Krımla bağlı mövqeyini tənqid edib və Ankaranı müharibə ilə hədələyib:
“Türkiyə Krımla bağlı açıqlamalar verərək nəyə nail olmaq istəyir, bunu bilmirəm və bilmək də istəmirəm. Ümumiyyətlə, Rusiyadan tarixi qisas almağa çalışır, amma bu, onun problemidir. Ankara ilə yeni “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı yaxın gələcəkdə müqavilə imzalamaq üçün hazırlıq işlərinə gəlincə, bu da başqa bir prosesdir. Türkiyə Ukraynaya silahla kömək etməyə qərar verərsə, təbii ki, belə şey olmayacaq. Türkiyə Ukraynaya Krımın geri alınmasına kömək etmək qərarına gələrsə, Türkiyə ilə müharibə aparacağıq. Axı, onlar (Türkiyəni nəzərdə tutur-red) Rusiya ilə dəfələrlə müharibə ediblər. Türkiyə ilə neçə-neçə müharibəmiz var. Türkiyə üçün onlar necə bitdilər? Hər kəs xatırlayır”.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl Kiyevdə keçirilən “Krım Platforması” sammitində iştirak edib.
“Krım Ukraynadır. Beynəlxalq birlik bu beynəlxalq hüququn pozulması aktına qarşı vahid cəbhədən çıxış etməlidir”, - deyə XİN rəhbəri çıxışında vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “Krım Platforması”nı rusofob aksiya adlandırıb.(Modern.az) Geri dön |