Qaradağ rayonunda bədbəxt hadisə baş verib.
Qarabaginfo.az-ın məlumatına görə, hadisə avqustun 24-ü saat 13:00 radələrində, rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.
Belə ki, avtoservisdə usta köməkçisi işləyən qəsəbə sakini 2006-cı il təvəllüdlü Xəlil İxtiyar oğlu Hüseynov yanacağın alışması nəticəsində boyun gövdənin və aşağı ətrafın yanıq xəsarəti ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.(Yenisabah)