Ana Sayfa > Karusel / Gündəm > Paytaxtda daha iki vaksinasiya məntəqəsi yaradıldı

Paytaxtda daha iki vaksinasiya məntəqəsi yaradıldı


25-08-2021, 12:55. Yazar: Admin

Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.

 

Səhiyyə Nazirliyindən Qarabaginfo.az-a verilən məluamata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib.

 

Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.


Geri dön