Ana Sayfa > Karusel / Dünya > “Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək
“Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək24-08-2021, 17:53. Yazar: Admin |
“Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır. RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid Kabildə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz aeroporta gedən yolu bağlamışıq, ora ancaq əcnəbilər buraxılır”, - deyə Z. Mücahid vurğulayıb.
“Taliban”ın rəsmi nümayəndəsi qeyd edib ki, avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək.
Xatırladaq ki, ABŞ 31 avqustdan sonra təxliyə üçün əlavə vaxt tələb edib. Geri dön |