Ana Sayfa > Karusel / Qarabağ > MN: Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə tutulub

MN: Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə tutulub


24-08-2021, 17:14. Yazar: Admin

MN: Azərbaycan Ordusunun mövqeləri Kəlbəcər istiqamətində atəşə tutulub

 

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Geri dön