Ana Sayfa > Karusel / Gündəm > Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə olacaq

Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə olacaq


24-08-2021, 16:20. Yazar: Admin

 

Sabahdan daha bir marşrut xəttində gediş haqqı BakıKart vasitəsilə olacaq

Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.


Geri dön