Ana Sayfa > Karusel / Gündəm > Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"

Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"


24-08-2021, 16:10. Yazar: Admin

Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"

 

“Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o deyib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.


Geri dön