Ana Sayfa > Karusel / Gündəm > Rayonlarda hava qeyri-sabit keçəcək

Rayonlarda hava qeyri-sabit keçəcək


24-08-2021, 15:35. Yazar: Admin

Rayonlarda hava qeyri-sabit keçəcək

 

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında növbəti məlumat yayıb. 

Qarabaginfo.az xəbər verir ki, avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-sı əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Geri dön