Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı rəsmi olaraq Ermənistan ordusunun 3773 hərbi qulluqçusu məhv edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı Nikol Paşinyan məlumat verib.
O, 243 nəfərin itkin düşdüyünü bildirib.
Qeyd edək ki, Ermənistan tərəfi məhv edilən hərbi qulluqçularla bağlı real rəqəmləri gizlədir. Müstəqil araşdırmaçılar 5000-dən artıq hərbi qulluqçunun öldüyünü bildirir.(Ordu.az)