Ana Sayfa > Karusel / Gündəm > Dünən Bakıda temperatur iqlim normasından 3 dərəcə yuxarı olub
Dünən Bakıda temperatur iqlim normasından 3 dərəcə yuxarı olub24-08-2021, 10:37. Yazar: Admin |
Faktiki hava açıqlanıb. ETSN-dən Qarabaginfo.az-a bildirilib ki, avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Yağışın miqdarı Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub. Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib. Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub. Geri dön |