Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçəcək.
Qarabaginfo.az-ın məlumatına görə, tədbirdə 20 nəfərlik heyət iştirak edəcək. Onlardan 13-ü idmançı, 7-si isə nümayəndə heyətinin üzvüdür.
Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.
Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.